2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə 2+1 illik anlaşma əldə olunub. Bu barədə "kimyaçılar"ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Murad Xaçayev 2018-ci ildən “Sumqayıt”ın futbolçusudur. Bu müddət ərzində 84 qarşılaşmada meydana çıxan 25 yaşlı yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıb.
saytlarin hazirlanmasi