"Qəbələ"dən ayrılan vinger "Sumqayıt"a keçdi

13:41 - 21 İyun 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" son olaraq “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rövlan Muradov peşəkar karyerası ərzində yalnız “Qəbələ” klubunun uğurları üçün çalışıb. Yarımmüdafiəçi U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.

Xəbər xətti