Türkiyənin Yalova şəhərində keçirilən "Internatinal Maxwell Cup" turnirində son günün oyunları baş tutub.
Sportal.az xəbər verir ki, "Sumqayıt"ın U-14 komandası ilk matçını yarımfinal mərhələsində "Poyrazköy Spor"a qarşı keçirib. Zahir Əsgərzadənin yetirmələri rəqibini 3:0 hesabı ilə məğlub edərək adını finala yazdırmağa müvəffəq olub.
"Kimyaçılar" final mərhələsində isə "Yalovagücü"nü məğlub edən "Magfa" ilə qarşılaşıb. İlk hissəsi qolsuz bərabərliklə keçən qarşılaşmanın ikinci yarısında "Sumqayıt" Əli Cəlilzadənin dublu ilə 2:0 hesablı qələbə qazanaraq turnirin əsas mükafatına yiyələnib.
Bundan başqa, "gənclik şəhəri" təmsilçisinin U-11 komandası 3-cü yer uğrunda mübarizədə "Gölcük Karadeniz" kollektivi ilə üz-üzə gəlib. Elşad Eyvazovun yetirmələri Cavanşir Yusiflinin het-triki və İmran Seyidbalayevin qolu ilə rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, bu yaş qrupunda "Samsunspor"u 1:0 məğlub edən "Bursa Kültürspor" çempion adını qazanıb. İmran Seyidbalayev isə yarışın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
saytlarin hazirlanmasi