"Sumqayıt"dan ayrılan Vüsal İsgəndərli komanda yoldaşları və azarkeşlərlə vidalaşıb.
Sportal.az xəbər verir ki, Albaniyanın "Eqnatiya" klubuna keçəcəyi gözlənilən 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. O, "Sumqayıt"a uğurlar arzulayıb:
"Uğurlar, "Sumqayıt"! Bir il ərzində hər oyunda yanımda olan komanda yoldaşlarım, hər zaman yanımızda olan azarkeşlərimiz, haqqınızı halal edin".
Qeyd edək ki, Vüsal İsgəndərli başa çatan mövsümdə "Sumqayıt"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi