2023/24 mövsümünün hazırlığını davam etdirən "Sumqayıt" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "kimyaçılar" "Torreense"də çıxış edən Dieqo Raposo ilə maraqlanır. Bu barədə "Record" nəşri məlumat yayıb.
Azərbaycan klubu 26 yaşlı vingerlə danışıqlar aparır. Yaxın günlərdə tərəflər arasında anlaşma əldə ediləcəyi bildirilir.
Qeyd edək ki, "Torreense" Dieqo Raposonu 2021-ci ilin yayında "Beyra-Mar"dan transfer edib. Braziliyalı ön xətt oyunçusu son mövsümdə Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi