Azərbaycan klubu İngiltərə yığmasının sabiq üzvü ilə anlaşdı

11:24 - 14 İyul 2023

Transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.

Sportal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “kimyaçılar” “Aston Villa”nın sabiq futbolçusu İsa Sulimanı transfer edəcək.

“Çeltenham”, “Qrimbsi”, “Emmen”, “Vitoriya”, “Nasyonal”, “Vilafrankese” klublarında oynamış müdafiəçi Pakistan millisinin də üzvüdür.

O, İngiltərənin aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb. Futbolçunun bu həftə ölkəmizə gələrək “Sumqayıt”la müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti