"Sumqayıt" da Türkiyəyə yollanır

15:47 - 14 İyul 2023

"Sumqayıt" 2023/24 mövsümü üçün hazırlıqlarını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv iki gündən sonra hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.

"Sumqayıt" iyulun 27-nə qədər Ərzurumda məskunlaşacaq. Premyer Liqa təmsilçisi yoxlama görüşlərində qüvvəsini sınayacaq. 

Xəbər xətti