"Sumqayıt" Ərzuruma getdi

21:04 - 16 İyul 2023

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" Türkiyəyə yola düşüb.

Sportal.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Ərzurum şəhərində məskunlaşacaq. 16-27 iyul tarixlərində burada olacaq komandanın 3 yoxlama matçında qüvvəsini sınayacağı gözlənilir.

Artıq rəqiblərdən biri bəllidir. "Gənclik şəhəri"nin təmsilçisi 23 iyulda "Sivasspor"la qarşılaşacaq.

Xəbər xətti