"Sumqayıt"da yeni təyinat

17:35 - 17 İyul 2023

“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.

Sportal.az xəbər verir ki, adıçəkilən vəzifə Zaur Xudiyevə həvalə olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, son iş yeri “Report” İnformasiya Agentliyinin idman şöbəsi olan Zaur Xudiyev daha öncə “Oxu.az”, “Apasport” kimi ölkənin tanınmış xəbər qurumlarında da fəaliyyət göstərib.

Xəbər xətti