"Sumqayıt"ın rəqibi "Sivasspor" oldu

12:50 - 21 İyul 2023

2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sabah qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək.

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.

Xəbər xətti