"Sumqayıt" "Sivasspor"a uduzdu

19:59 - 22 İyul 2023

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Sivasspor"la qarşılaşıb. Matç Super Liqa təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu Klinton Nje vurub.

Xəbər xətti