Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi qardaş ölkə çempionatının I Liqasında çıxış edən "Ərzurumspor"la qarşılaşıb. "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"ın hər üç qolunun müəllifi yeni transferi Erik Sorqa olub.
saytlarin hazirlanmasi