"Sumqayıt" Türkiyə toplanışı çərçivəsində "Ərzurumspor"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, 3:4 hesablı məğlubiyyətlə başa çatan matçdan sonra "kimyaçılar"in baş məşqçisi Samir Abasov klubun mətbuat xidmətinə açıqlama verib:
"Oyun bizim üçün ağır şəraitdə keçdi. Komandada bir neçə oyunçuda müəyyən sağlıq problemi var idi. Amma proqramda qeyd olunduğu üçün "Ərzurumspor"la görüşü bir gün sonraya təxirə saldıq. İstər-istəməz müəyyən yorğunluq hiss olunurdu. Bununla belə, oyunçular mümkün qədər hərəkətli olmağa, oyunda qalmağa çalışdılar. Əsas məqsədimiz mümkün qədər tez bərpa olunmaq, sağlıq problemləri olan oyunçularımızın tezliklə sıraya dönməsinə nail olmaqdır. Yeni transferlərimizin meydanda göstərdikləri əzmkarlığı bəyənirəm. Oktavio kollektivə bir az gec qoşulub. Komanda ilə bir neçə məşqə çıxmışdı deyə ona cəmi 30 dəqiqə şans verdik. Hələ fiziki olaraq pik formada deyil. Zamanla o da, digərləri də daha yaxşı vəziyyətdə olacaqlar".
saytlarin hazirlanmasi