"Sumqayıt" Türkiyəni tərk edir

16:27 - 27 İyul 2023

2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində keçirən "Sumqayıt" təlim-məşq toplanışını başa vurub.

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv gecə saatlarında Vətənə geri dönəcək.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə yerli komandalarla iki yoxlama görüşü keçirib. "Kimyaçılar" “Sivasspor”a 0:1, “Erzurumspor”a isə 3:4 hesabı ilə məğlub olub.

Xəbər xətti