"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Şimali Makedoniyanın "Şkupi" klubunda çıxış edən Valid Həmidi ilə anlaşıb. Bu barədə "sportclub.mk" saytı məlumat yayıb.
Qeyd edək ki, Valid Həmidi "Şkupi"yə 2021-ci ilin yayında "Skikda" klubundan keçib. 26 yaşlı əlcəzairli vinger komandanın heyətində meydana çıxdığı 70 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi