"Sumqayıt" yoxlama oyunu keçirəcək

09:16 - 13 Avqust 2023

Misli Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan "Sumqayıt" - "Sabah" matçı təxirə salındığı üçün "kimyaçılar" yoxlama oyununda qüvvəsini sınayacaq. 

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri I Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək. 

13 avqust tarixində "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

Xəbər xətti