"Sumqayıt" müdafiəçi transfer etdi

23:35 - 22 Avqust 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü İsrailin “Bney Saxnin” klubunda çıxış etmiş Fil Dişi Sahilindən olan futbolçu Abu Dosso ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı cinah müdafiəçisi “12” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Abu Dosso peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib.

Xəbər xətti