"Sumqayıt" şimali makedoniyalı hücumçu transfer etdi

18:32 - 8 Sentyabr 2023

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Akademiya Pandeva"nın hücumçusu Kristian Velinovskini transfer edib. Bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.

"Sumqayıt"ın 24 yaşlı forvard üçün qarşı tərəfə təzminat ödədiyi bildirilib.

Qeyd edək ki, Kristian Velinovski "Akademiya Pandeva"nın heyətində keçirdiyi 116 rəsmi matçda 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti