DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin ilkin raundunun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Pakistan millisi doğma meydanda Kambocanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Pakistan yığması iki görüşün nəticəsinə əsasən (0:0; 1:0) rəqibini məğlub edərək Asiya qitəsi üzrə seçmə mərhələ yarışlarının qrup mərhələsinə yüksəlib.
Pakistan millisinində çıxış edən "Sumqayıt"ın futbolçusu İsa Suliman da bu matçın iştirakçısı olub. 25 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi