"Sumqayıt"ın komandaları Qətərə getdi

16:54 - 6 Noyabr 2023

"Sumqayıt" Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları "Aspire" Akademiyasının dəvəti ilə Qətərin paytaxtı Doha şəhərində səfərdədir.

Sportal.az xəbər verir ki, komandalar təlim-məşq toplanışı ilə yanaşı "Aspire" Akademiyasının müvafiq yaş qruplarından olan komandaları ilə yoxlama oyunları keçirəcəklər.

Ötən gün Dohaya çatan nümayəndə heyəti səfərin ilk günü şəhər gəzintisinə çıxıb. Gəzintidən görüntüləri təqdim edirik:


Xəbər xətti