"Sumqayıt" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərimiz də həmişəki kimi, möhtəşəm idilər.
- İkinci yarıda "Zirə"nin aşkar üstünlüyü var idi. Əgər 0:0 hesabına görə futbolçuları təbrik edirsizsə, qələbə qazananda nə deyirsiz?
- Razı deyiləm ki, "Zirə"nin aşkar üstünlüyü var idi. Ortada oyun gedirdi. Ola bilər ki, rəqib birinci hissə ilə müqayisədə fasilədən sonra bir az aktiv oynadı. İkinci hissə gərginliklə yadda qaldı. Uduzmamaq, qalib gəlmək istəyi futbolçularda gərginliyə gətirib çıxardı. Ola bilər ki, ona görə oyunumuzda eniş yaşandı. Amma "Zirə"nin aşkar üstün olması fikri ilə razılaşmıram.
saytlarin hazirlanmasi