"Meydana qələbə üçün çıxmışdıq. İlk hissədə istədiyimiz qolları vurduq. Təəssüf ki, ikinci yarının ilk 15 dəqiqəsində qollar buraxdıq və qələbəni əldən verdik. Qarşıdakı matçlara kökləyəcəyik".
Bu fikirləri "Turan Tovuz"la matçdan sonra "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə Sportal.az asaytına verdiyi açıqlamada səsləndirib. 22 yaşlı yarımmüdafiəçi fasilədən sonra komandanın iki qol buraxmasını belə şərh edib:
"Fasilədən sonra nə baş verdiyini baş məşqçimiz təhlil edib bizə deyəcək. Biz də səhvlərimizi düzəltməyə çalışacağıq. Əslində elə böyük dəyişiklik olmamışdı. Tovuza qələbə üçün gəlmişdik. Təəssüf ki, 1 xalla ayrıldıq".
Matç bitdikdən sonra sarı vərəqə ilə cəzalandırılan millimizin üzvü mübahisə edən futbolçuları ayırdığını bildirib:
"Mübahisə edən oyunçuları ayırırdım. Sadəcə hakim sarı vərəqəni mənə göstərdi".
Elçin Əlixan
saytlarin hazirlanmasi