Premyer Liqa klubunun yeni baş məşqçisinin adına aydınlıq gətirildi

18:38 - 5 Dekabr 2023

İngiltərə Premyer Liqasının təmsilçisi “Şeffild Yunayted”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin post Kris Uaylderə etibar edilib .Müqaviləyə əsasən o, 2025-ci ilin yayına kimi adıçəkilən kluba rəhbərlik edəcək.

Uaylder 2023-cü ilin mayından işsiz idi. 56 yaşlı mütəxəssis artıq "Şeffild Yunayted"i (2016-2021) çalışdırıb.

O, “Olfreton”, “Halifaks”, “Oksford”, “Northampton”, “Mildsboro” və “Uotford” klublarında işləyib.“Şeffild Yunayted” Pol Hekinqbottomu bu gün istefaya göndərib.

Xəbər xətti