“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının qalibi olan Rövlan Muradova “Sumqayıt” – “Qarabağ” görüşündən əvvəl mükafatlar təqdim olunub.
Sportal.az xəbər verir ki, ona mükafatları "Kapital Bank Arena"da Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.
Qeyd edək ki, Rövlan Muradovun 12-ci turda "Araz-Naxçıvan"a qarşı matçda vurduğu qol ötən ayın ən yaxşısı seçilib.
saytlarin hazirlanmasi