"Sumqayıt" müqaviləsi mövsümün sonunda başa çatan bəzi futbolçularla danışıqlara start verib.
Sportal.az saytına verilən məlumata görə, onlardan biri Tresor Mossidir. Gənclik şəhəri təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib.
Lakin burundili orta xətt oyunçusu yeni müqavilə ilə bağlı razılıq verməyib. Futbolçu rəhbərliyə mövsümün sonunda danışıqlar aparacağını bildirib.
Qeyd edək ki, "Sumqayıt" Tresor Mossini mövsümün əvvəlində transfer edib. O, "kimyaçılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi