"Sumqayıt" Azətbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, burada bizim üçün çətin olacaq. Futbolçular əziyyət çəkdilər. Süni örtük oyunçulara zərər verir. Həm biz, həm də rəqib təzyiq edirdi. Öz oyun üslubumuzu güdərək mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Bunun üzərində işləmişdik. Təəsüf ki, qarşısını alma bilmədik. Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir matçımız qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə qayıtsa, daha yaxşı olacağıq.
- İlk hissədə komanda hərəkətsiz idi. Bunun səbəbi nədir?
- Səbəbi meydançadır. Bu əziyyəti burada həmişə çəkmişik. Hətta "Qarabağ" da Tovuzda heç-heçə edib. İrad tapa bilmirəm. Bilirəm ki, nədən qaynaqlanır.
- "Qarabağ"a ağır məğlubiyyətin təsiri qalıb?
- Xeyr. Məğlubiyyətin səbəbi bəllidir. "Qarabağ"a hər bir halda uduza bilərik. Sadəcə bəzi futbolçuların öz mövqeyində oynamaması təsir etdi. O məğlubiyyətin əsas səbəbi fərdi səhvlər idi. Bu gün "Qarabağ"a 0:10 hesabı ilə uduzsan da, hamı səni anlayır.
- Üç turdur qələbə qazana bilmirsiz. Komandanın göstərdiyi xarakter sizi qane etdi?
- Bəli, qane etdi. Heç bir problem görmürəm.
- Bu gün zədədən qayıdan futbolçuları meydana buraxmaqla risk etmədiniz?
- Riskə getdik. Onları məcburiyyətdən oynatdıq.
- İlk dördlük şansınızı necə dəyərləndirirsiniz?
- Söhbət iştahdan getmir. Məqsədimiz oyundan-oyuna səhvləri azaltmaqdır. Bir oyun üslubu ortaya qoymaq və onu qorumaq istəyirik. Bu gün heç-heçədən sonra hansı iştahdan danışa bilərik? Mənim dediklərimiz edə bilsək, məqsədlərdən danışa bilərik. Bu gün realist olmalıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi