"Sumqayıt" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan"ı 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Sportal.az xəbər verir ki. Premyer Liqa təmsilçisinin baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. "Karvan" da yaxşı oyun nümayiş etdirdi. Sevindirici məqam odur ki, futbolçularımız zədələnmədi. Komanda sona qədər intizamı saxladı. İlin son oyunundan öncə əhvalımız pozulmadı. Qarşıda "Səbail"lə matçımız var. Buna hazırlaşacağıq.
- Sanki rəqib əsəblərinizlə oynamağı bacardı...
- Rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadı. Meydanda bəzi məqamlar var idi. Oyunu bitirə bilərdik. Ürəkdən davransaydılar, narahatlıq olmazdı. Rəqibin əks-hücumda oynaması normaldı. Bəzi epizodlarda son ötürmələri düz versəydilər, bəlkə onlar önə çıxardı. Bəzi oyunçularımın boş oynaması məni əsəbləşdirdi. Ümumi götürəndə oyun nəzarətimiz altında idi. Əsas odur ki, nəticəni 90 dəqiqədə qazandıq.
- Müdafiədə səhvlər çox idi. Bu, nə ilə bağlı idi?
- Elvin Bədəlov zədədən yeni dönüb. Arxayınlıq da var idi. Elvinin oynatmağı düşünmürdük. Təəssüf ki, İsa Suliman yenidən zədələndi. Bu, planlarımızı pozdu.
- Kubokda aşağı liqa təmsilçiləri "Lerik" və "Karvan"la qarşılaşdız. Kubokun bu formatda keçirilməsi ilə bağlı fikirləriniz necədir?
- Ən çox acı çəkən "Sumqayıt" oldu. Legionerimizi ilin sonuna kimi itirdik. Amma bu, o demək deyil ki, aşağı liqa klubları kubokda oynamamalıdır. Onların iştirak etməsi yaxşıdır. İstərdik ki, aşağı liqa klublarının da şəraiti yaxşı olsun, biz də gedib orada oynayaq. Rayon komandasının ev oyununu bizim meydanda keçirməsi... Önəmi qalmır. Bunlar düzəlsə, daha maraqlı olar. "Lerik"lə səfərdə oynasaydıq, stadion tam dolardı. Kubokda komanda sayının artması yaxşıdır. Bu gün I Komandası ilə oynadıq. Rahatlıqla qələbə qazanmadıq. Birinci şəraiti düzəltmək lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi