"Sumqayıt" Premyer Liqada mövsümün ikinci yarısının hazırlıqlarını həyata keçirmək üçün Türkiyəyə yollanıb.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün Antalyaya yola düşüb. "Kimyaçılar" yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq.
"Sumqayıt" qardaş ölkədə iki hazırlıq görüşü keçirməyi planlaşdırıb. Gənclik şəhəri təmsilçisi yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi