"Sumqayıt" bu gün Antalyada sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Özbəkistan təmsilçisi "Soqdiana" üzərində 3:1 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinin qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıb.
Bununla da "Sumqayıt"ın Antalya toplanışı başa çatıb. Komanda sabah səhər saatlarında Vətənə geri dönəcək
Qeyd edək ki, "Sumqayıt" Antalyada keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın “Hermanştadt” klubuna 0:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi