İtaliyanın "Latsio" klubu baş məşqçi Mauritsio Sarrinin işindən narazıdır.
Sportal.az xəbər verir ki, Roma təmsilçisi A Seriyasının 28-ci turunda doğma meydanda "Udineze"yə 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra rəhbərlik italiyalı mütəxəssisi istefaya göndərməyə hazırlaşır.
Sarrinin qısa müddət ərzində postundan göndəriləcəyi gözlənilir. Bu barədə "La Reppublica" nəşri məlumat yayıb.
Qeyd edək ki, Mauritsio Sarri 2021-ci ilin yayından "Latsio"nu çalışdırır. Komanda A Seriyasında 28 turdan sonra 40 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi