"Sumqayıt" - "Səbail" matçının biletləri satışda

19:14 - 6 May 2024

12 may, saat 19:30-da Mehdi Hüseynzadə adına stadionda keçiriləcək "Sumqayıt" - "Səbail" qarşılaşmasına bilet satışı bu gündən start götürüb.

Sportal.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən ala bilərsiniz. "Kapital Bank"ın Birbank Cashback Mastercard kartları ilə iTicket.az saytından onlayn bilet alışı zamanı 30% keşbek əldə edəcəksiniz.

Qeyd edək ki, biletlərin qiyməti 2, 3, 5 və 10 AZN-dir.

Xəbər xətti