"Sumqayıt"ın oyunlarını nə qədər azarkeş izləyib?

20:48 - 29 May 2024

Misli Premyer Liqasında 2023/2024 mövsümü arxada qalıb.

Sportal.az xəbər verir ki, ötən mövsümdə “Sumqayıt”ın ev oyunlarını 51516 azarkeş izləyib. Komandanın ev oyunlarından 9-u “Kapital Bank Arena”da, 9-u isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.

Ortalama 2862 azarkeşin izlədiyi bu oyunlarda ən yüksək göstərici “Sumqayıt” – “Qarabağ” (32-ci tur; 9300 tamaşaçı) və “Sumqayıt” – “Qəbələ” (36-cı tur; 9300 tamaşaçı) qarşılaşmalarında qeydə alınıb ki, bu da cari mövsümün rekordu olub. Ən aşağı göstərici isə “Sumqayıt” – “Kəpəz” (25-ci tur; 800 tamaşaçı) matçında olub.

Xəbər xətti