"Sumqayıt"ın hücumçusu Kasimir Ninqa geridə qalan mövsümdə komandanın bombardiri adına yiyələnib.
Sportal.az xəbər verir ki, 31 yaşlı çadlı futbolçu keçirdiyi 28 Premyer Liqa qarşılaşmasında 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, ötən mövsüm "Sumqayıt"ın vurduğu 37 qolda 11 nəfərin imzası var. Bombard Kasimir Ninqanı ondan 1 qol az vuran yarımmüdafiəçimiz Roi Kehat izləyir. Kehatın aktivində 1 məhsuldar ötürmə də mövcuddur.
Vurulan 37 qolun 10-da Rövlan Muradovun birbaşa qatqısı var. Belə ki, cinah oyunçusu 3 qol vurub, 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi