"Sumqayıt" legioneri ilə yollarını ayırdı

11:59 - 12 İyun 2024

"Sumqayıt" Abu Dosso ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, kot d’İvuarlı futbolçu ilə "kimyaçılar" arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda meydanda olub. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti