"Fənərbaxça"nın forvardı "Qalatasaray"a keçə bilər

19:44 - 13 İyun 2024

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayinin yeni mövsümə də Türkiyə Superliqasında başlaya bilər.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, belçikalı forvardln xidmətində "Qatalasaray" maraqlıdır.

Hazırda 30 yaşlı forvardın menecer Türkiyə çempionu ilə danışıq aparır.

Batşuayinin "Qalatasaray"a keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

O, ötən mövsüm "Fənərbaxça"nın heyətində 43 matçda 24 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti