Almaniya klubu Dadaşovu transfer etməyi planlaşdırır

13:34 - 14 İyun 2024

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov növbəti mövsümə başqa komandada başlayacaq.

Sportal.az "Sport-im-Osten”ə istinadən xəbər verir ki, son mövsümü “Dinamo”(Berlin) klubunda keçirmiş azərbaycanlı hücumçunun xidmətində Almaniya 3-cü Bundesliqasından aşağı liqaya düşmüş "Halleşer” maraqlıdır.

Amma Rüfətin “Dinamo" ilə müqavilə müddətinin bitməsinə 1 il qalıb. Halle şəhərinin klubunun rəhbərliyi hələ də 32 yaşlı forvardın yüksək liqaya qayıtmaq məqsədi daşıyan komandanı nə qədər gücləndirə biləcəyini düşünür.

Xəbər xətti