Almaniya millisinin üzvü tarixə keçdi

13:05 - 15 İyun 2024

Almaniya millisi AVRO-2024-ə Şotlandiya üzərində 5:1 hesablı qələbə ilə başlayıb. 

Sportal.az xəbər verir ki, almanların ilk qolunu 10-cu dəqiqədə Florian Virts vurub. 

"Bayer"in heyətində Bundesliqa çempionu olan gənc futbolçu həmin qolla tarixə keçib. 

Məsələ burasındadır ki, Florian Şotlandiya matçında vurduğu qolla Almaniya millisinin heyətində Avropa çempionatlarında qol vuran ən gənc futbolçu olub.

 

Xəbər xətti