Braziliyalı müdafiəçi: "Azərbaycanda çox şey öyrəndim, "Sabah"a keçdiyim üçün peşman olmamışam"

20:23 - 15 İyun 2024

"Hibernians"da oynayıram. Maltada da hər şey yaxşıdır. Amma 100 faiz də xoşbəxt deyiləm. Daha yaxşı olmasına çalışıram. Azərbaycanda olduğum vaxtda çox da oynamırdım. Klubun direktoru məni bəyənirdi, lakin baş məşqçi xidmətimdən istifadə etmirdi. İstənilən halda, Azərbaycanda, "Sabah"da  böyük təcrübə qazandım".

Bu sözləri Sportal.az saytına açıqlamasında Hiqor Qabriel deyib. 2021-ci ildə "Fluminense"dən "Sabah"a keçən, amma Masazır klubunda əsas oyunçuya çevrilə bilməyən braziliyalı ölkəmizi tərk edərək Maltanın "Hibernians" klubu ilə anlaşmışdı.

25 yaşlı müdafiəçi hazırkı karyerasından da söhbət açıb: "Azərbaycanda, Belarusda, Ukraynada yaşadığım hər şey mənim üçün təcrübədir. Çox şey öyrəndim və "Sabah"a keçdiyim üçün heç vaxt peşman olmamışam. Azərbaycanda çox şey öyrəndim. “Sabah” da çox yaxşı klubdur. Orada olduğum üçün şadam. Ümidvaram ki, bu klubun da işləri çox yaxşı gedər və istədikləri nəticələri qazanarlar. Onlar avrokuboklarda mübarizə aparacaq, uğurlar arzulayıram".

Qabriel "Sabah"da olduğu vaxtda "Dinamo"(Minsk) və "Lvov" klublarında icarə əsasında oynayıb.

Mirbağırağa
 

Xəbər xətti