"Real" "Lill"ə 40 milyon avro ödəyə biləcəyini açıqladı

20:47 - 15 İyun 2024

"Real" "Lill"in fransalı müdafiəçisi Leni Yoronu heyətinə qatmaqda maraqlıdır.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 18 yaşlı futbolçu üçün maksimum 40 milyon avro ödəyə biləcəyini qarşı tərəfə bildirib.

"Lill" isə gənc müdafiəçisi üçün daha yüksək məbləğ tələb edir. Yoronun Fransa klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

PSJ isə ona görə qarşı tərəfə 60 milyon avro ödəmək istəyir. Lakin futbolçunun özü "kral klubu"na keçməkdə israrlıdır.

2023/24 mövsümündə 44 oyuna 3 qol vurmuş Leninin yeni sezona harada başlayacağı yaxın günlərdə dəqiqləşəcək.

Xəbər xətti