"Borussiya"dan ayrıldı, İtaliya klubuna keçəcək

19:42 - 16 İyun 2024

"Borussiya"dan ayrılan Mats Hummels futbolçu karyerasını başa vurmaq haqda  düşünmür.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi "Roma"da oynaya bilər.

Transferin bu yay reallaşdıracağı gözlənilir. Hazırda danışıqların son mərhələsidir və ilkin razılıq əldə edilib.

35 yaşlı futbolçu “Borussiya”nın heyətində ümumilikdə 508 matça çıxıb, 38 qol vurub, 23 məhsuldar ötürmə edib. 

Xəbər xətti