Mourinyo Lukakunu "Fənərbaxça"ya gətirmək istəyir

20:23 - 18 İyun 2024

"Fənərbaxça" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə "Çelsi"yə məxsus olan Romelu Lukakunu transfer etmək istəyir. Bu barədə La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo belçikalı forvardı komandasında görməkdə maraqlıdır.

Qeyd edək ki, Romelu Lukaku 2023/2024 mövsümünü icarə əsasında "Roma"da keçirib. 31 yaşlı hücumçu İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti