"Sumqayıt" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov püşkü dəyərləndirib. Klubun mətbuat xidmətinə danışan mütəxəssis rəqibi güclü komanda adlandırıb:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
saytlarin hazirlanmasi