"Arsenal"dan belçikalı futbolçu üçün 50 milyon avro

19:24 - 19 İyun 2024

"Everton"un yarımmüdafiəçisi Amadu Onana Premyer Liqada komandasını dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

London təmsilçisi 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Everton" Amadu Onananı 2022-ci ilin yayında "Lill"dən transfer edib. Belçika millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti