"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Macarıstan klubunun müdafiəçisi Bence Qerqenyi püşkatmanın nəticəsini dəyərləndirib. Klubun rəsmi saytına danışan təcrübəli futbolçu “Sumqayıt” haqda da fikirlərini bildirib:
"Püşkatmanı UEFA-nın saytında canlı izlədim. Azərbaycandan olan rəqibimiz haqda o qədər də məlumatım yoxdur. Məncə, ən böyük səhv "Sumqayıt"ı qiymətləndirməmək olardı. Əminəm ki, məşqçilər korpusumuz onları təhlil edib bizə ətraflı məlumat verəcək. Səhər tez bir zamanda mümkün rəqiblərimizin arasından keçdim, amma komandaların çoxunu ətraflı tanımırdım. Ona görə də arzuladığım rəqib yox idi. 2018-ci ildə bir dəfə Azərbaycanda olmuşam. U-21 komandası ilə orada heç-heçə oynadıq (3:3)".
Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Sumqayıt" Macarıstan təmsilçisi "Fehervar"la üz-üz gələcək. Görüşlər iyulun 25-də və avqustun 1-də keçiriləcək.
saytlarin hazirlanmasi