"Çelsi" braziliyalının keçidini həll etdi

14:49 - 23 İyun 2024

"Palmeyras"ın hücumçusu Estevao Vilyan "Çelsi"yə keçib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.

Amma 17 yaşlı braziliyalı London klubunun düşərgəsinə 2025-ci ilin yayında qoşulacaq.

"Çelsi" keçidə görə qarşı tərəfə 34 milyon avro ödəyib.

Estevao "Palmeyras"ın heyətində 27 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Braziliyanın U-17 yığmasının üzvü "Kruzeyro"nun yetirməsidir və 2023-cü ildən "Palmeyras"ın əsas komandasında oynayır.

Xəbər xətti