"Fehervar"ın müdafiəçisi: "Sumqayıt" haqda hələ dərin məlumatlara sahib deyilik"

16:21 - 23 İyun 2024

Macarıstanın "Fehervar" klubunun müdafiəçisi Çaba Şpandler Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt”a qarşı keçirəcəkləri oyunlardan danışıb.

Sportal.az xəbər verir ki, “FEOL”a danışan macar futbolçusu bunları deyib:

"Konfrans Liqasının püşkatma mərasiminə baxdıq və qarşımızda nə qədər uzun yol olduğundan danışdıq. Komanda şəklində oynasaq, ötən mövsüm olduğu kimi çıxış etsək, daha böyük uğurlar qazana bilərik. “Sumqayıt” haqda hələ dərin məlumatlara sahib deyilik. Rəqibi təhlil etməmişik, amma vaxtımız var".
 

Xəbər xətti