Kapitan "Real"ı tərk etdi - RƏSMİ

16:56 - 25 İyun 2024

"Real"ın kapitanı Naço Fernandes komandadan ayrılıb.

Sportal.az xəbər verir ki, ispan müdafiəçi klubla mövsümün sonunda başa çatan müqaviləsini uzatmayıb. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Qadsia" klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Naço "Real"ın yetirməsidir. İspaniya millisinin üzvünün karyerası yalnız "kral klubu" ilə bağlıdır. Təcrübəli oyunçu madridlilərin heyətində meydana çıxdığı 364 rəsmi matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti