2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən mövsümü "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə mövsümün sonunadək müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qapıçı yeni komandasında 94 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.
saytlarin hazirlanmasi