"Neftçi"dən ayrılan futbolçu Rusiya klubunda - RƏSMİ

17:40 - 25 İyun 2024

"Neftçi"dən ayrılan Reziuan Mirzovun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 31 yaşlı vinger karyerasını Rusiyada davam etdirəcək.

Rus futbolçu "Ximki"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Reziuan Mirzov 2023/2024 mövsümündə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti