"Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev Sportal.az saytına açıqlama verib.
"Kimyaçılar"ın aparıcı üzvü komandasının hazırlıq durumundan danışıb.
Bununla yanaşı, o, "Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"a qarşı oyunlarından bəhs edib:
"Toplanışımız yaxşı keçir. Ümumiyyətlə, toplanışlar futbolçular üçün ən sevimli anlardır. Artıq müəyyən müddətdir ki, məşqlərimizi edirik, yeni sezona hazırlaşırıq. Hər şey də plan üzrə gedir. Bizi Konfrans Liqasında mübarizə gözləyir. Avrokuboklarda asan rəqib olmur. Beş potensial rəqiblərimizin hər biri eyni gücdə idi. Bəxtimizə "Fehervar" düşüb. Bu komanda məlumatım odur ki, "Qəbələ"nin rəqibi olub. və Macarıstan çempionatını da 4-cü pillədə başa vurublar. Belə, başqa nəsə məlumatım yoxdur. Amma məşqçilər korpusumuz bizə informasiyalar verəcək. "Fehervar"la görüşlərdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, istədiyimiz nəticəyə çataq".
Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda olacaq. Cavab qarşılaşması isə 31 iyulda Macarıstanda baş tutacaq.
saytlarin hazirlanmasi